XƏBƏR LENTİ

13 Avqust 2020
12 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 11:33

“Anarı oğulluqdan çıxararam…” – Sabiq deputatdan ilginc açıqlama

“Anar öz dövlətinin əleyhinə bircə bədxah hərəkət etsə, onu oğulluqdan çıxararam”.

Bu sözləri çexiyada siyasi sığınacaq istəməsi ilə bağlı məlumatlar yayılan məşhur azərbaycanlı repçi Anar Nağılbazın atası Rizvan Cəbiyev deyib.

Keçmiş deputat oğlunun bu qərarından xəbərsiz olduğunu bildirib: “İnanırsız, saytlar yazandan sonra xəbər tutmuşam bundan. Mən bildiyimə görə Anar müalicəyə gedib. Qaraciyəri, öd kisəsi xəstədir. Qaçqın kimi getməyindən xəbərim yox idi”.

Rizvan bəy oğlunun qaçqın statusu almaq istədiyinə qətiyyən inanmadığını deyir: “Siyasi sığınacaq məsələsinə gəlincə isə, mən belə şeylərə inanmıram. Anar dövlətini sevən, vətənpərvər oğuldur. İnanmıram Vətəninə qarşı nə isə pis addım atsın. Yox, əgər o belə bir iş görsə, öz dövlətinin əleyhinə bircə bədxan hərəkət etsə onu oğulluqdan çıxararam. Anar elə uşaq deyil ki, ölkəsinə dövlətinə xələl gətirsin.

Həm də bir ata kimi onu başa düşürəm. Anar işsizlikdən çıxıb getdi. Ona bir dəfə Türkanda 160 manat maaşı olan iş verdilər. O da onun heç yol pulunu ödəmirdi. Ailəsi, uşaqları var idi. Azərbaycanda rep deməklə ailə dolandırmaq olmur. Bir yandan da səhhətindəki problemlər onu çox sıxırdı. Hamı Anarın necə vətənpərvər olduğunu bilir”(Anspress).

Qeyd edək ki, bu gün Anar Nağılbazın Azərbaycanı həmişəlik tərk edərək çexiyada sığınacaq aldığı haqda xəbər yayılıb. Bildirilir ki, çexiya dövləti azərbaycanlı repçiyə “Azül” düşərgələrində yaşamağa icazə verib.

Məlumata görə, çexiyanın “Nova CZ” telekanalında qaçqınlara həsr olunmuş süjetdə azərbaycanlı repçiyə də yer verilib. Müsahibəsində siyasi sığınacaq almaq istəyini bildirən Anar Nağılbaz çexiya dövlətinin onun xeyrinə qərar çıxaracağına ümid etdiyini deyib.

Xatırladaq ki, Anar Nağılbaz 1974-cü il mart ayının 28-də Bakı şəhərində dünyaya gəlib. 1988-ci ildən repə maraq göstərməyə başlayıb və 1990-cı ildə ilk dəfə Yaltada “Beynəlxalq gənc mətbuatçılar festivalı”nda “Bivəfa” repini ifa edib. Anar Cəbiyev 2 iyul 2012-ci ildə Bakı şəhəri Mədəniyyət və Turizm İdarəsinin rəisi Əlikram Əliyevin əmri ilə Bakının Qaraçuxur qəsəbəsində yerləşən Qurban Abbasov adına Mədəniyyət Sarayının direktor müavini vəzifəsinə təyin olunub.