XƏBƏR LENTİ

21 Oktyabr 2020
20 Oktyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 11:06

Azərbaycan yeni silahlarını sərgiyə çıxardı –VİDEO

silah-azerbaycan

Asiya müdafiə xidmətləri sərgisində ölkəmizə aid stenddə müdafiə sənayesi müəssisələrində istehsal edilmiş 220 adda müdafiə təyinatlı avadanliq nümayiş olunur.

Atıcı silahlar istehsalı sahəsində yenilik olan ilk milli piyada tüfəngi M-14 avtomatının sırasına bu dəfə yerli mühəndislər tərəfindən hazırlanmış yeni 7.62 mm çaplı avtomat silah və HP-7.62 hücum pulemyotunun daha da təkmilləşdirilmiş variantı əlavə olunub.

Sərgidə bir cox silah-suratlar əyani olaraq numayiş olundu. Amma müdafiə sənayesinin istehsalı olan yeni kəşfiyyat-taktiki maşınların, yaylım atəş sistemi, döyüş modulu quraşdırılan yüngül zirehli maşınların gətirilməsi çətin oldugundan maketləri təqdim olunur. 

“DSA-2016” kodu ilə keçirilən Asiya müdafiə xidmətləri sərgisinin birinci günü müdafiə sənayesi naziri Yavər Camalov müxtəlif ölkələrə aid stendləri gəzərək müdafiə təyinatlı məmulatlara baxdı. Ayrı-ayrı şirkətlərlə silah və döyüş vasitələrinin alınması, birgə istehsalı ilə bağlı danışıqlar aparan Yavər Camalov xüsusilə optik cihazlarla maraqlandı. 

Optik cihazların istehsalında böyük təcrübəsi olan Kanada və İisveçrə şirkətləri ilə əməkdaşlıqla bağlı danışıqlar aparıldı. Braziliyanın 180 mm-lik yaylım atəş sistemləri, İtaliyanın ballistik raket və torpedolar, həmçinin atıcı siahlar istehsal edən şirkətlərinin nümayəndələri ilə birgə istehsalla bağlı müzakirələr oldu.

Malayziyada keçirilən beynəlxalq müdafiə sənayesi sərgisində Azərbaycana aid stenddə eyni zamanda sentyabr ayında Bakıda keçiriləcək “ADEX-2016” beynəlxalq müdafiə sənayesi sərgisinin təqdimatı da keçirilir. Dünya ölkələrinin ayrı-ayrı şirkətlərinin ölkəmizdə keçiriləcək həmin beynəlxalq tədbirdə iştirakı ilə bağlı dialoqlar aparılır.

anspress.com