XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 12:54

Yeni snayperlərimiz döyüşə hazırlandı –Nazirlik

snayper-azerbaycan

Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində snayperlərin təkmilləşdirilməsi kursunun növbəti buraxılışı keçirilib.

Strateq.az Müdafiə Nazirliyinə istinadən xəbər verir ki, kursu müvəffəqiyyətlə bitirənlərə sertifikatlar təqdim edilib:

"Kursda əsas diqqət snayperlərin çətin ərazi və hava şəraitində həyatda qalma və dəqiq atəşaçma bacarıqlarının təkmilləşdirilməsinə yönəldilib.

Qabaqcıl təcrübə və üsullardan istifadə etməklə təşkil olunan kurslara Müdafiə Nazirliyinin bütün hərbi hissələrində xidmət keçən snayperlərin cəlb edilməsi planlaşdırılır".