XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 13:25

“BVF ilə pul siyasəti sahəsində əməkdaşlıq davam etdiriləcək” –Mərkəzi Bankdan rəsmi açıqlama

merkezi_bank_0001

Azərbaycanda səfərdə olan Beynəlxalq Valyuta Fondunun (BVF) texniki yardım missiyasının nümayəndələri ilə Mərkəzi Bankda görüşlər keçirilib.

Strateq.az Mərkəzi Banka istinadən xəbər verir ki, Mərkəzi Bankın rəhbərliyi, eləcə də aidiyyətli struktur bölmələrin əməkdaşları ilə görüşlər zamanı BVF-nin nümayəndə heyətinə ölkədə yaranmış makroiqtisadi vəziyyət, bu vəziyyətə adekvat olaraq pul siyasətində və məzənnə rejimində həyata keçirilən dəyişikliklər barədə geniş məlumat verilib:

"Eyni zamanda pul siyasəti üzrə əməliyyat çərçivəsinin təkmilləşdirilməsi məsələləri ətraflı müzakirə edilib. BVF ekspertləri tərəfindən müvafiq tövsiyələr verilib".

Məlumatda o da bildirilib ki, Mərkəzi Bank cari ildə pul siyasətinin yeni dövrün tələblərinə uyğun şəkildə təkmilləşdirilməsi sahəsində BVF ilə əməkdaşlığı davam etdirəcək.