Əfqanıstanın paytaxtı Kabildə baş verən terror aktının təfərrüatları məlum olub.
Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, kamikadzeninin özünü partlatması nəticəsində 30 nəfər ölüb, 200-dən çox insan yaralanıb.
Yerli «Khaama Press» agentliyinin məlumatına görə, kamikadze bombanı Əfqanıstan Kəşfiyyat Xidmətinin binası önündə işə salıb. ABŞ-ın Kabildəki səfirliyi də həmin ərazidə yerləşir.
«Reuters» xəbər verir ki, yaralılar arasında hərbiçilər də var. Partlayışa görə məsuliyyəti «Taliban» hərəkatı üstlənib.