XƏBƏR LENTİ

19 Yanvar 2021
18 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 14:01

Prezident daha bir aşılışda iştirak edib –FOTO

ilham-azeravtoyol

Prezident İlham Əliyev bu gün “Azəravtoyol” ASC-nin yeni inzibati binasının açılışında da iştirak edib.

Strateq.az xəbər verir ki, “Azəravtoyol” ASC-nin sədri Saleh Məmmədov dövlətimizin başçısına inzibati binada yaradılan şərait barədə məlumat verib. Bildirib ki, 1,7 hektar sahəsi olan bu ərazidə genişmiqyaslı təmir-tikinti, abadlıq-quruculuq işləri aparılıb.

“Azəravtoyol” ASC-nin əvvəlki inzibati binasının sahəsi bu təşkilatın və investisiya layihələri üzrə işçi qruplarının səmərəli fəaliyyət göstərməsi üçün kifayət etmədiyindən, “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri qəsəbəsindəki xəstəxana kompleksinin yararsız vəziyyətə düşmüş dördmərtəbəli üç korpusu bu qurumun balansına verilib. Binada müasir yeməkxana, 252 yerlik akt zalı, müxtəlif təyinatlı liftlər quraşdırılıb.

Ərazidə yaşıllıq-abadlaşdırma işləri aparılıb və meydançalara asfalt-beton örtük çəkilib, səkilər qurulub. Binanın elektrik enerjisi ilə fasiləsiz təmin edilməsi məqsədilə transformator yarımstansiyası tikilib. Su təchizatını təmin etmək üçün isə anbar inşa olunub.