XƏBƏR LENTİ

28 Noyabr 2020
27 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 20:23

Obama Putinlə nədən danışdığını açıqladı:"Razılığa gələ bilmirik"

obama-putin

ABŞ prezidenti Barak Obama rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətində nələri müzakirə etdiklərinə aydınlıq gətirib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Obama CBS News-a müsahibəsində məlumat verib.

Onun sözlərinə görə, telefon söhbətinin əsas məqsədi Suriyadakı barışığın getdikcə daha çox həsas duruma gəlməsidir: "Əgər ABŞ və Rusiya öz səylərini birləşdirməsə, biz 3-4 həftə əvvəlki vəziyyətə qayıdacağıq. Rusiya Suriyada dövlət strukturunun qorunmasında maraqlıdır. ABŞ buna qarşı çıxmır. Biz illərdir bir məsələ ilə bağlı razılığa gələ bilmirik. Bu da Putinin Əsədin hakimiyyətdən getməsinə birbaşa dəstək verə bilməyəcəyi ilə bağlı mövqeyidir. Onun fikrincə, buna suriyalılar və Əsəd özü qərar verməlidir".

Bununla yanaşı, Obama Rusiya prezidentini Donbasda döyüşlərin dayandırılması ilə bağlı tədbirlər görməyə, Minsk sazişini icra etməyə çağırıb.