XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

19 Aprel 2016 - 20:34

SOCAR-da dəyişiklik: Yeni vitse-prezidentlər təyin edildi- SİYAHI

rovneq

Bu gün SOCAR-ın yeni təyin olunmuş vitse-prezidentlərin təqdim olunma mərasimi keçirilib.

Strateq.az SOCAR-a istinadən xəbər verir ki, təqdimatda şrkətin prezidenti Rövnəq Abdullayev çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 17 mart 2016-cı il tarixində "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında" müvafiq Fərman imzalayıb:

"Fərmanla SOCAR-ın idarəetmə strukturunda birinci vitse-prezident; neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə; geologiya və geofizika məsələləri üzrə; yataqların işlənməsi üzrə vitse-prezident ştatlarının yaradılmasına qərar verilib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 18 aprel 2016-cı il tarixli Sərəncamları ilə yeni yaradılmış birinci vitse-prezident vəzifəsinə akademik Xoşbəxt Yusifzadə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezident vəzifəsinə Rəhman Qurbanov, geologiya və geofizika məsələləri üzrə vitse-prezident vəzifəsinə Bəhram Hüseynov, yataqların işlənməsi üzrə vitse-prezident vəzifəsinə isə Yaşar Lətifov təyin olunublar".

Rövnəq Abdullayev yeni təyin olunmuş vitse-prezidentlərin əmək fəaliyyətindən danışaraq, onların SOCAR-da böyük nüfuza malik yüksək səviyyəli rəhbər kadrlar olduğunu vurğulayıb.

O, yeni təyin olunmuş birinci vitse-prezident akademik Xoşbəxt Yusifzadəni, vitse-prezidentlər Rəhman Qurbanovu, Bəhram Hüseynovu və Yaşar Lətifovu təbrik edərək, onların qarşısında mühüm vəzifələr dayandığını qeyd edib və bu vəzifələrin icrasında onlara müvəffəqiyyətlər arzulayıb.