XƏBƏR LENTİ

19 Yanvar 2021

Digər Xəbərlər

19 Aprel 2016 - 21:52

Rusiyadan “Taliban”la bağlı şok qərar:"Siyasi qüvvə kimi tanımağa hazırıq"

taliban

Rusiya «Taliban»ı «terrorçu təşkilatlar» siyahısından çıxarmağa və hərəkatı siyasi qüvvə kimi tanımağa hazır olduğunu açıqlayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin Əfqanıstandakı xüsusi nümayəndəsi Zamir Kabulov məlumat verib.

Onun sözlərinə görə, bu o halda mümkündür ki, taliblər milli barışığa dair şərtləri yerinə yetirməyə hazır olduqlarını bəyan etsinlər: «Əgər milli barışığa dair 3 şərti yerinə yetirməyə hazır olsalar, Rusiya onları terrorçu təşkilat kimi görməyəcək. Və «Taliban» Əfqanıstanın siyasi qüvvələrindən biri olacaq".   

Barışığın şərtlərinə gəlincə, bura döyüşlərin dayandırılması, Əfqanıstan Konstitusiyasına hörmət və «Əl-Qaidə» ilə əlaqələri kəsmək daxildir.