XƏBƏR LENTİ

22 Oktyabr 2020
21 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 13:01

Şəhid zabitə Milli Qəhrəman adı verilib –Prezident sərəncamı (FOTO)

samid-qehraman

Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev dördgünlük müharibə zamanı Talış kəndi ətrafındakı yüksəkliklərin ələ keçirilməsində göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Ordusunun mayoru Samid İmanova  Milli Qəhrəman (ölümündən sonra) adı verib.

Məlumatı şəhid zabitimiz Samid İmanovun xalası oğlu Əsgər Sarıyev təsdiqləyib(Axar.az).

Qeyd edək ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunub saxlanılması, erməni işğalçılarının 2016-cı il aprelin 2-dən 5-dək qoşunların təmas xəttində törətdikləri silahlı təxribatların qarşısının alınması və düşmənin dinc əhaliyə hücumlarının dəf edilməsi zamanı göstərdikləri qəhrəmanlıq və igidliyə görə Azərbaycan hərbçilərinin xüsusi fərqlənən bir qrupu 2016-cı il aprelin 19-da Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə yüksək fəxri ada (həmçinin Milli Qəhrəman adına) layiq görülüb, orden və medallarla təltif olunub.