XƏBƏR LENTİ

14 Avqust 2020

Digər Xəbərlər

01 İyun 2015 - 21:54

NATO Polşadakı hərbçilərinin sayını 2 dəfə artırdı

NATO rəhbərliyi Polşanın Şetsin şəhərindəki Şimal-şərq korpusunun möhkəmləndirməsi barədə qərar verib.

APA-nın “Rosbalt”-a istinadən verdiyi xəbərə görə, qərargahın işinə Alyansın bir çox ölkələrinin hərbçiləri cəlb ediləcək, həmçinin, korpusun maliyyələşdirilməsi artırılacaq.

Bundan əlavə, şəxsi heyət iki dəfə genişlənərək 400 zabit və 45 mülki əməkdaşdan ibarət olacaq.

Qeyd edildiyi kimi, ilk dəfə Hərbi-Hava, Hərbi-Dəniz Qüvvələri və xüsusi təyinatlı qüvvələr bir araya gətiriləcək. Hərbi heyət 20 ölkənin nümayəndəsindən ibarət olacaq. Qərargahın sülh şəraitindəki vəzifələrinə Ukraynadakı vəziyyətin monitorinqi və Baltikyanı ölkələrdə komanda məntəqələrinin əlaqələndirilməsi daxildir.