XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 14:39

Prezidentlə xanımı Nəsimi və Xəzər rayonlarında açılışlar ediblər –FOTO

ilham-hacibala-eliaga

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva bu gün Bakının Nəsimi rayonunun Səməd Vurğun və Bakıxanov küçələrinin kəsişməsindəki ərazidə yeni salınmış istirahət parkında yaradılan şəraitlə tanış olublar.

Parkda görülən işlər barədə dövlət başçısına məlumat verilib.

Bildirilib ki, ümumi ərazisi 10 min kvadratmetrə qədər olan yeni parkın salınmasında yüksək keyfiyyətli tikinti materiallarından istifadə edilib. Parkın 5 min kvadratmetr ərazisində yaşıllıq zolağı salınıb, çoxlu sayda şam, zeytun və çinar ağacları əkilib. Parkda, həmçinin müasir standartlara uyğun işıqlandırma sistemi quraşdırılıb.

İstirahət guşəsində müasir iaşə obyektləri də inşa edilib. Bu obyektlərin tikintisində sınmayan, təhlükəsiz şüşələrdən istifadə olunub. İaşə obyektləri də müasir tələblərə cavab verən işıqlandırma sistemi ilə təchiz edilib. Parkda istirahət üçün hər cür şərait yaradılıb.

Görülən işlərlə yaxından tanış olan dövlətimizin başçısı müvafiq tapşırıqlarını verib.

***

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva aprelin 20-də Bakının Xəzər rayonunun qəsəbəsindəki Əli İsazadə küçəsinin yenidənqurma və əsaslı təmir işlərindən sonrakı vəziyyəti ilə tanış olublar.

Strateq.az Azərtac-a istinadən xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı İlham Əliyevə məlumat verib.

Bildirilib ki, görülən işlər nəticəsində küçənin eni 21 metrə qədər genişləndirilib, ara səkilər salınıb, müasir işıqlandırma sistemi quraşdırılıb. Küçənin genişləndirilməsi layihəsi çərçivəsində çoxlu sayda yaşayış və qeyri-yaşayış obyektləri başqa ərazilərə köçürülüb. Küçəyə ümumilikdə 40 min kvadratmetrə qədər asfalt örtüyü çəkilib.

Ərazidə yol infrastrukturu ilə bağlı bütün kommunikasiya qurğuları yenidən qurulub, yeniləri yaradılıb və yağış sularının ötürülməsi üçün təzə xətlər çəkilib. Burada Almaniya istehsalı olan müasir kommunikasiya avadanlıqları quraşdırılıb, abadlaşdırma işlərində keyfiyyətli tikinti materiallarından istifadə olunub.