XƏBƏR LENTİ

20 Oktyabr 2020
19 Oktyabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 17:49

“Siyasi mühacir statusu” alveri… –DİN Baş redaktoru saxladı

DIN

"Respublikanın daxili işlər orqanları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində ayrı-ayrı şəxslərə xarici dövlətlərdə siyasi mühacir statusu almalarına köməklik göstərəcəklərini vəd edib, ölkəmizin beynəlxalq aləmdə yüksək nüfuzuna və demokratik imicinə xələl gətirmək istəyən şəxslər yaxalanıb".

Strateq.az Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, daxil olan məlumat əsasında Nazirliyin əməkdaşları tərəfindən Bakı şəhər sakinləri – “Mozalan” jurnalının məsul katibi Ramil Muradov və “Dövlət və ictimai fikir” qəzeti ilə “Obyektiv xəbər.com” veb saytının baş redaktoru Çingiz İbadov göstərəcəkləri xidmətin müqabilində konkret vətəndaşdan Xırdalan şəhərində razılaşdıqları 4000 manatlıq məbləğin 1300-nü və sənədlərinin surətlərini alarkən saxlanılıblar:

"Araşdırmalarla müəyyən olunub ki, onlar həmin vətəndaşın adından sosial şəbəkələrdə və bir sıra elektron kütləvi informasiya vasitələrində Azərbaycanın dövlət mənafeyi və ümummilli maraqları əleyhinə yanlış, qərəzli məlumatlar, eyni zamanda, sonuncunun guya ölkəmizin hüquq-mühafizə orqanları tərəfindən əsassız təqib edilməsi, hüquqlarının pozulması barədə böhtan xarakterli materiallar yerləşdiriblər".

Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.