XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

20 April 2016 - 22:44

Obama Səudiyyə Ərəbistanındasoyuq qarşılandı

Obama'ya Suudi Arabistan'da soğuk karşılama

 

ABŞ prezidenti Barak Obama Səudiyyə Ərəbistanının paytaxtı Riyada gedib.

Strateq.az xəbər verir ki, səfərin məqsədi ABŞ və Körfəz Əməkdaşlıq Şurasının birgə keçirəcəyi sammitində iştirak etməkdir.

Maraqlıdır ki, Obama ciddi problemlərin müzakirə olunacağı sammitə səfəri zamanı olduqca soyuq qarşılanıb. Məlumata görə, Riyadın Kral Xalid Hava limanında onun qabağına şəhərin qubernatoru şahzadə Faysal bin Bəndər Bin Əbdüləziz, xarici işlər naziri Adil əl-Cübeyr və ABŞ Riyad səfiri çıxıb.

Obamanın sabah reallaşdırılacaq sammitdən əvvəl kral Salman min Əbdüləzizlə bir araya gələcəyi gözlənilir.

Sammitdə İranın bölgədəki stabilliyi pozmasına qarşı atılacaq addımlar, İŞİD-lə mübarizə, Suriya və İraqda terrorizmə qarşı təzyiqləri artırma tədbirləri, Yəmən və Suriya vətəndaş müharibəsi mövzuları müzakirə olunacaq.