XƏBƏR LENTİ

04 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 07:17

Bakıda 17 milyona “obyekt” satılır

Nərimanov rayonu, Həsən Əliyev 36 ünvanında yerləşən “İnqilab Plaza” ticarət mərkəzi satışa çıxarılıb.

Strateq.az axar.az-a istinadən xəbər verir ki, 7 mərtəbəli, ümumi sahəsi 7 min kv/m olan ticarət mərkəzi 17 milyon manata satılır.

Plazanın 0-4-cü mərtəbələrində 1 saylı Bakı ASAN xidmət mərkəzi fəaliyyət göstərir.

“İnqilab Plaza” 2011-ci ilin sentyabrında istifadəyə verilib. Burada 200-2000 kv.m-lik ofislər icarəyə verilir. Plaza yeni istifadəyə verilən vaxtlarda 1 kv.m üçün 25 manat təklif olunurdu.

Ticarət mərkəzinin son dönəmlərdə həbs olunan oliqarxlardan birinə məxsus olduğu ehtimal olunur.