XƏBƏR LENTİ

04 Dekabr 2020
03 Dekabr 2020

Digər Xəbərlər

20 Aprel 2016 - 23:37

Türk-rus münasibətləri isinir:Moskva qapılarını yenə türk meyvələrinə açmaq istəyir

 

Türkiye - Rusya ilişkilerinde sıcak gelişme! Türkiye’den bir heyet Moskova’ya gidiyor

Rusiya-Türkiyə arasındakı soyuq münasibətlər tədricən isinişməyə başlayıb. Bu istiqamətdə atılacaq ilk addım isə Türkiyədən kənd təsərrüfatı mallarının yenidən idxalatıyla başlaya bilər.

Strateq.az  xəbər verir ki, Rusiya Federal baytarlıq və kənd təsərrüfatı mallarına nəzarət xidmətinin sədr müavini Aleksey Aleksenkonun sözlərindən belə çıxır.

Aleksenko “Ria Novosti” agentliyinə açıqlamasında bildirib ki, önümüzdəki həftə Rusiyaya meyvə-tərəvəz ixrac etmək üçün lazımi görüşlər keçirmək məqsədilə Türkiyə nümayəndə heyəti Moskvaya gələcək. Türkləri isə ruslar dəvət edib:

"Türkləri bura dəvət etdik, onlar bu ziyarəti qəbul etdilər. Görüşlər önümüzdəki həftə Moskvada keçiriləcək. Görüş zamanı meyvə-tərəvəzin göndərilməsinin təhlükəsizliyini təminat altına alınması müzakirə olunacaq”.