XƏBƏR LENTİ

27 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 08:57

Obama Avropa “nəhəng”ləriyləgörüşəcək

Obama, Avrupalı liderlerle görüşecek

ABŞ prezidenti Barak Obama Almaniya səfəri zamanı Fransa, İngiltərə və İtaliya liderləri ilə də görüşəcək.

Strateq.az xəbər verir ki, bu məlumat Ağ ev tərəfindən yayılıb.

Ağ evin yazılı açıqlamasında Obamanın 25 apreldə Hannovrda Almaniyanın baş naziri Angela Merkelin sədrliyi ilə keçiriləcək toplantıda Fransa prezidenti Fransua Olland, İtaliya Baş naziri Matteo Renzi və İngiltərə Baş naziri David Kameron ilə bir araya gələcəyi qeyd edilib.

Liderlər toplantıda İŞİD-lə mübarizə, immiqrasiya, Suriya, Ukrayna, Liviya və sairə məsələləri müzakirə edəcəklər. NATO müttəfiqlərinin Avropanın şərq və cənubundakı çətinliklərə bağlı atacaqları addımlar, Transatlantik Ticarət və İnvestisiya Tərəfdaşlığı çərçivəsində əməkdaşlıq imkanları müzakirəsi gözlənilən mövzulardan olacaq.

Qeyd edək ki, Obama bu gün Səudiyyə Ərəbistanında körfəz ölkələrinin liderləriylə görüşəcək. Həmin görüşdə isə İran, Suriya və İraq məsələsi müzakirəyə çıxarılacaq.

ABŞ prezidentinin sabah axşam saatlarında isə İngiltərəyə gedəcəyi xəbər verilir. Prezident Avropa səfərinin son turunda isə Almaniyaya gedəcək.