Bu gün Prezident İlham Əliyev “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulmaq barədə Qanunu da təsdiq edib.
Strateq.az xəbər verir ki, təsdiqlənən qanunla Azərbaycan Respublikası 1982-ci il dekabrın 10-da Yamaykanın Monteqo Bey şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında Konvensiyası”na və 1994-cü il iyulun 28-də Nyu-York şəhərində qəbul olunmuş “Birləşmiş Millətlər Təşkilatının Dəniz hüququ haqqında 1982-ci il 10 dekabr tarixli Konvensiyasının XI Bölməsinin həyata keçirilməsinə dair Saziş”ə qoşulub.