XƏBƏR LENTİ

26 Oktyabr 2020
25 Oktyabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 14:07

Dünya mediası Obamanın Səudiyyə səfərindən yazır:"Nə qarşıladı, nə qucaqlaşdı..."

1800933

Dünən Səudiyyə Ərəbistanına rəsmi səfərə yollanan ABŞ prezidenti Barak Obamanın Ər-Riyadda olduqca soyuq qarşılanması «Wall Street Journal», «Guardian», «New York Times» kimi, dünyanın nüfuzlu nəşrlərinin də diqqətindən qaçmayıb.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, bu nəşrlərin yazdığına görə, Obamanı hava limanında kral özü yox, qubernator və bir neçə rəsmi şəxs qarşılayıb. Həmişəkindən fərqli olaraq qarşılanma mərasimi efirdə canlı yayımlanmayıb.

Kral Salman bin Əbdüləziz Fars körfəzi liderlərini hava limanında özü qarşılamış və mərasim televiziyada canlı yayımlanmışdı.

Bu dəfə kral Obamanı öz sarayında qarşılamaqla kifayətlənib. Üstəlik görüşərkən liderlər yalnız əl sıxışıblar. Məsələn, oğul Buşun krallığa səfəri zamanı liderlər qucaqlaşaraq daha səmimi görüşmüşdülər.

CNN telekanalının fikrincə, bu cür soyuq qarşılama iki ölkə arasındakı son qalmaqalla bağlıdır. ABŞ Səudiyyənin 11 sentyabr teraktında rolunun olduğunu iddia edir. Və Səudiyyəyə qarşı yeni qanun layihəsi hazırlayır. Sənəd qəbul edilərsə, Ər-Riyad məlum terakta görə mühakimə olunacaq.

Ər-Riyad isə bir neçə gün əvvəl bəyan edib ki, qanun layihəsinin qəbul ediləcəyi təqdirdə 750 milyard dollarlıq aktivini satışa çıxaracaq.

Kral Salmanın bu təhdid mesajını Səudiyyə Ərəbistanının xarici işlər naziri Adil əl-Zübeyr şəxsən ABŞ rəhbərliyinə də çatdırıb.