XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

21 Aprel 2016 - 16:29

Lavrov İrəvana niyə gedib? –Rəsmi Moskva səfərin səbəbsiz olmadığını açıqladı

lavrov-22

"Rusiyanın xarici işlər naziri Sergey Lavrov heç vaxt heç yerə əliboş getmir”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin xüsusi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

M. Zaxarova nazirin Yerevana Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı planla getdiyi, həmin planın Dağlıq Qarabağ ətrafındakı işğal olunmuş 5 rayonun geri qaytarılması və bölgəyə sülhməramlıların yerləşdirilməsindən ibarət olması barədə məlumatın nə dərəcədə doğru olması barədə sualına cavabında bildirib ki, Sergey Lavrov heç vaxt heç yerə boş əllə getmir:

"Amma bunun hansısa plan və ya sənəd olduğunu deyə bilmərəm. Rusiyalı nazir tərəflərin fikrini öyrənməyə gedir. Rusiyanın vasitəçilik missiyasının mahiyyəti də məhz budur”.

APA