XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

21 April 2016 - 16:41

Erməni nazir müavini:"Qarabağ probleminin həllində referendum ideyası var"

savaras-koceryan-nazir-muavini

Rəsmi İrəvan Ermənistan və Rusiya mediasında Qarabağa yönəlik yazıların şişirdildiyini hesab edir.

Bunu jurnalistlərə açıqlamasında Ermənistanın Xarici İşlər nazirinin müavini Şavarş Köçəryan söyləyib.

Onun sözlərinə görə, mətbuat ehtimallara əsaslanıb, xəbərlər yayır: “Erməni və rus mediasında Qarabağdakı danışıqlarla bağlı yayılan məlumatların bir çoxu həqiqəti əks etdirmir”.

Ş.Köçəryan Ermənistan ordusunun işğal altında olan Qarabağdan çıxarılacağı barədə yayılan xəbərlərə münasibətini belə bildirib: “Doğrudur, həmsədrlərin təklif etdikləri variant erməni tərəfinin istəyinə uyğun deyil, amma orda qarşılıqlı güzəşt məsələsi, həmçinin, referendum ideyası da var”.

O, Rusiya XİN rəhbəri Sergey Lavrovun bu gün İrəvana səfərinin konkret Qarabağla bağlı təkliflər gətirməkdən ibarət olduğu haqda medianın xəbərini də təkzib etməyib: “Lavrovun səfəri zamanı bir çox məsələlər, xarici siyasət, regional münasibətlər müzakirə ediləcək. Amma əlbəttə ki, Qarabağ münaqişəsi də müzakirə olunanlar sırasındadır”(Axar.az).