XƏBƏR LENTİ

17 Yanvar 2021
16 Yanvar 2021

Digər Xəbərlər

21 Aprel 2016 - 18:10

Qorbaçov Obama və Putinə çağırış etdi:"Yeni bir müdaxiləyə ehtiyac var"

Qorbacov

SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov ABŞ və Rusiya prezidentlərinə müraciət edib.

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, Qorbaçov Barak Obama və Vladimir Putini Ukraynanın şərqində yaranmış gərginliklə bağlı bir araya gəlib söhbət aparmağa çağırıb.

Onun fikrincə, Avropa daha bir «dondurulmuş» münaqişəyə davam gətirməyə bilər: «Prezidentlər Obama və Putinə müraciət edirəm. Bü böhranı yoluna qoymaq üçün görüşüb müzakirə aparsınlar».

Qorbaçovun fikrincə, Donbas böhranının həlli üçün mövcud mexanizmlər işlək deyil və yenisinə ehtiyac var: «Belə təəssürat yaranır ki, bunu rutinə çevrirlər. Minsk razılaşması və «Normand dördlüyü»ndən də imtina edilməməlidir. Lakin BMT Təhlükəsizlik Şurası, eləcə də ABŞ və Rusiyanın iştirakı ilə yeni bir müdaxiləyə ehtiyac var".