XƏBƏR LENTİ

04 Dekabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 01:01

Çindən analoqsuz raket:Bu silahla Rusiya və ABŞ-ın istənilən nöqtəsini vurmaq olar

Çin kıtalararası füze denemesi yaptı

 

Çin yeni raketini uğurla sınaqdan çıxarıb.

Strateq.az xəbər verir ki, DF- 41 adlı qitələrarası raketin 12 min kilometr mənzili var və baş qismi müxtəlif hissələrə bölünə bilir.

Rusiyanın "Kommersant" qəzetinin bildirdiyinə görə, raketin istifadə verilməsi Çinin nüvə gücünün modernləşdirilməsi istiqamətində atılmış əhəmiyyətli addım kimi görülür.

Bulletin of The Atomic Scientists” də bu iddia ilə razılaşır və Çinin hazırda nüvə silahlarını aktiv inkişaf etdirən tək ölkə adlandırır.

Çinin raket sınağı xəbərini ilk olaraq “Washington Free Beacon” (WFB) jurnalı nəşr etmişdi. Xəbərdə 12 min kilometr mənzilli, baş qisimi bölünən və geniş manevr xüsusiyyətinə sahib bu raketin ABŞ-da, yaxud Rusiyada istənilən yeri vura biləcəyi önə sürülür.

Xəbərdə Çinin bu sınağı harada keçirdiyi qəti olaraq bildirilmir.

Qəzetdə, həmçinin, ABŞ kəşfiyyatının DF- 41 raketlərinin altı və ya on nüvə döyüş başlığını daşıya biləcəyini önə sürdüyünü, ancaq bu məlumatın Çinin yeni raketlərinin həqiqi imkanlarını gizləmək üçün uydurulmuş yalan olduğu iddia edilir.

WFB jurnalının xəbərində 2015-ci ilin dekabr ayında Çinin bu tip raketləri Rusiyanın RT-23 raketlərini atdığı platformaya bənzər bir platformadan atdığı bildirilir. Hal-hazırda Çinin nüvə mərmi güclərinin əhatəli modernizasiya dövrünü yaşadığı da qeyd olunur.