XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 10:29

ABŞ-dan Qarabağa dair fərqli bəyanat:"Biz BMT çərçivəsində nizamlanma prosesini dəstəkləyirik!"

esgerr

ABŞ Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı bəyanat yayıb.

Strateq.az ANS-ə istinadən xəbər verir ki, Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi deyib ki, "biz birmənalı olaraq tezliklə danışıqlar prosesinin bərpasını arzu edirik".

ABŞ əvvəllər münaqişənin həllini ATƏT-in Minsk qrupu çərçivəsində nizama salmınmalı olduğunu desə də, bu dəfə fərqli çağırış edib. Belə ki, Con Kirbi münaqişənin BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiklərini vurğulayıb.    

Con Kirbi bildirib ki, Amerika Birləşmiş Ştatları BMT-in həll prosesini dəstəkləməyə davam edir: “Bu münaqişəsinin nizamlanmasının ən yaxşı variantdır. Minsk qrupunun ABŞ, Rusiya və Fransadan olan həmsədrləri  regiona səfər ediblər. Onlar birmənalı olaraq bildiriblər ki, tezliklə danışıqlar prosesinə qayıdışı arzu edirlər. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olmaq istiqamətində fəaliyyətə möhkəm sadiqik".

Əlbəttə ki, ABŞ-ın bu mövqeyi Azərbaycanın tamamilə maraqlarına cavab verir.

Onu da bildirək ki, BMT işğalçı Ermənistan ordusunun Azərbaycan torpaqlarından çıxarılması məqsədiylə 4 qətnamə qəbul edib. Lakin bunlar hələ də icra edilməyib. Bu baxımdan ABŞ-ın bugünkü mövqeyini tam ədalətli saymaq olar.

Strateq.az