XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 11:56

ABŞ-la Rusiya arasında yeni silah savaşı –“Nyu York Tayms” qəzetindən yeni iddialar

nuve-silahi

Rusiyanın sualtı gəmilərinin aktivliyi artıb.

Bu barədə informasiyanı “Nyu York Tayms” qəzeti yayıb.

Qəzet hazırda Moskvanın sualtı gəmilərinin əksər hissəsinin Skandinaviya, Şotlandiya sahillərində, Aralıq dənizində və Atlantik okeanının şimal hissəsində olduğunu bildirib:

“Ruslar öz silahlarını təkmilləşdirib və yeni səssiz sualtı gəmilər hazırlayıblar. Onların ekipajlarının professionallığı da artıb. Rusiya həmçinin öz nüvə arsenalını da təkmilləşdirib. Biz böyük güclərin rəqabət apardığı dövrə qayıtmışıq. Artıq ABŞ-da sualtı gəmi donanmasının maliyyələşdirilməsini artırıb. Pentaqon “Virciniya” tipli 9 gəminin alınması üçün 8,1 milyard dollar ayırıb. 20 milyon dollar isə Vaşinqtonun İslandiyadakı Keflavik bazasının modernləşdirilməsi üçün istifadə ediləcək. Pentaqon həmçinin rus sualtı gəmilərinin şifrəli danışıqlarını tutmaq üçün yeni texnologiya da hazırlayır”. 

Axar.az