XƏBƏR LENTİ

25 Noyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 12:17

Lavrov İrəvanda qondarma “soyqırım abidəsi”ni ziyarət etdi –FOTOLAR

lavrov-abide-onunde

Xəbər verdiyimiz kimi, Rusiya xarici işlər naziri Sergey Lavrov İrəvana ikigünlük səfərə gedib.

“Qafqazinfo” Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu gün səhər Lavrov həmkarı Nalbandyanla birgə “Tsitsernakaberd” – “soyqırım” muzeyinə baş çəkib. 

Qeyd edək ki, Lavrov prezident Serj Sarkisyanla görüş keçirəcək. İrəvandakı danışıqların əsas mövzusu Dağlıq Qarabağ münaqişəsi ilə bağlı olacaq. 

Xatırladaq ki, dünən Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun Qarabağa əliboş getmədiyini vurğulamışdı.