XƏBƏR LENTİ

06 Avqust 2020

Digər Xəbərlər

02 İyun 2015 - 14:48

Ziya Məmmədov ABŞ səfiriylə nəyi müzakirə edib? – AÇIQLAMA

Nəqliyyat naziri Ziya Məmmədov bu gün Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekutanı qəbul edib.

Strateq.az ölkə.az-a istinadən xəbər verir ki, Z.Məmmədov son illər Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı tədbirlərdən, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən danışıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində, ölkəmiz siyasi sabitliyi qoruyub saxlamaqla, paralel olaraq. iqtisadi dirçəlişinə görə də artıq lider dövlətlərdən biridir.

Aparılan islahatların iqtisadiyyatın bütün sahələrinin, o cümlədən nəqliyyat-yol kompleksinin inkişafına müsbət təsir göstərdiyini vurğulayan nazir nəqliyyat sektorunu əhatə edən bütün sahələr-dəmir yolu, dəniz, hava, avtomobil nəqliyyatı və avtomobil yolları barəsində səfirə ətraflı məlumat məlumat verib.

öz növbəsində səfir Robert Sekuta Azərbaycanda son illər istər nəqliyyat-yol kompleksində, istərsə də iqtisadiyyatın digər sahələrində əldə edilən uğurlardan, reallaşdırılan iri layihələrdən danışıb və Amerika-Azərbaycan iqtisadi əlaqələrin genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu qeyd edib.

Görüşdə eyni zamanda, iki ölkə arasında nəqliyyat sahəsində əməkdaşlıq imkanları, perspektiv layihələr və görülən işlər, nəqliyyat sahəsində görülən işlərdə ABŞ-ın təcrübəsindən yararlanmaq üçün azərbaycanlı mütəxəssislərin Amerikaya göndərilməsi, həmçinin Amerika şirkətlərinin Azərbaycanda nəqliyyat sahəsində həyata keçirilən layihələrdə iştirak imkanları məsələləri ətrafında fikir mübadiləsi aparılıb.