XƏBƏR LENTİ

30 Oktyabr 2020
29 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 16:53

Türkiyə Azərbaycana tranzit daşımalarını dayandıra bilər –Gürcüstan problem yaradır

tir

"Son 3 ay ərzində Gürcüstan ərazisində Türkiyədən Azərbaycana tranzit yüklərin daşınmasına süni maneələr yaradılır". 

Bu barədə Qara Dəniz İxracatçılar Birliyinin sədri Hamdi Gündoğanın yazılı açıqlamasında qeyd edilib.

"Türkiyənin sərhəd qonşusu olan və bir çox sahədə Türkiyənin dəstəyi ilə ayaqda duran Gürcüstan son günlər türkiyəli iş adamları və ölkəmizdən gələn yük maşınlarına qarşı qanunsuz addımlar atır, cəzalar tətbiq edir. Bu, türkiyəli iş adamlarını Gürcüstan üzərindən ixracatı dayandırmasına səbəb ola bilər. Artıq vəziyyət davamlı hal alıb. 

Sərhəd-keçid məntəqələrində sıxlıq olmasa belə, yük maşınlarımız zorla parka aparılır, orada saxlanılmaya görə, onlardan bir gün üçün 30 lari alınır. Bundan başqa, Gürcüstan üzərindən Azərbaycana daşınan əşyaların boşaldılmasına vadar edilir ki, bu da dünyanın heç bir yerində görünməyən bir haldır. Bəzən yüklərimiz heç bir səbəb göstərilmədən həftələrlə, bəzən isə aylarla gözlədilir. Bu isə Ümumdünya Ticarət Təşkilatının qaydalarına ziddir! Bu problemin aradan qaldırılması ilə bağlı müraciət etmədiyimiz ünvan qalmayıb. Türkiyə və Gürcüstan arasında sərbəst ticarət haqqında anlaşma olduğu halda, bu sənəd kağız üzərində qalıb. Türkiyə hökumətinin Gürcüstanda olan təmsilçiləri də artıq çarəsiz olduğunu etiraf edir", – deyə açıqlamada qeyd edilir.

Məsələ şəxsən Türkiyənin gömrük və ticarət nazirinə çatdırılıb.

Nazir bildirib ki, problemin həlli istiqamətində addımlar atılacaq.

APA