Rusiya Prezidenti Vladimir Putin bu gün imzaladığı fərmanla bir sıra şəxsləri mükafatlandırıb.
Strateq.az Virtualaz.org-a istinadən xəbər verir ki, mükafatlandırılanlar sırasında Azərbaycan parlamentinin spikeri Oqtay Əsədov və PA rəsmisi Əli Həsənov da var.
Putin həmçinin xarici vətəndaşların Rusiyanın dövlət mükafatları ilə təyin edilməsinə dair ayrıca fərman imzalayıb. Martın 8-də imzalanan fərmanın mətni bu gün Rusiyanın hüquqi informasiyalar rəsmi portalında dərc edilib.
Həmin fərmana əsasən, Azərbaycan Prezidentinin siyasi işlər üzrə köməkçisi, Prezident Administrasiyasının ictimai-siyasi şöbəsinin rəhbəri Əli Həsənov və parlamentin spikeri Oqtay Əsədov Rusiya Federasiyasının “Dostluq” ordeni ilə təltif edilir. Fərmanda göstərilir ki, bu şəxslər Rusiya ilə dostluq münasibətlərinin möhkəmlənməsinə və əməkdaşlığa böyük töhfə verdikləri üçün təltif edilir.