XƏBƏR LENTİ

30 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 22:38

Polşa prezidenti:“Rusiyaya kiminlə qarşılaşdığını hiss etdirməliyik”

 

Polonya'dan Rusya'ya karşı duruş mesajı

"Rusiyaya qeyri-sabit və zəif deyil, çox güclü müttəfiqlərlə qarşılaşdığını hiss etdirməliyik. Rusiyanın hər hansı bir NATO üzvü ölkəyə hücum edəcəyi təqdirdə, bir ölkəylə yox, bütün NATO ilə qarşı-qarşıya gələcəyini anlamalıdır."

Strateq.az xəbər verir ki, bunu Polşa prezidenti Andrzej Duda deyib.

Polşa Prezident aparatının rəsmi saytının məlumatına görə, Duda Varşavada sloveniyalı həmkarı Borut Paxor ilə görüşərkən bu fikirləri dilə gətirib. Məlumata görə, İki lider görüşdə bölgədəki geosiyasi vəziyyət, NATO-nun Şərqi Avropada varlığı və Avropada sığınacaq axtaran köçkünlər  böhranını müzakirə ediblər.

Rusiyanın bölgədəki aqressiv tutumu və dəyişən geosiyasi vəziyyətinə toxunan Duda NATO-nun hərbi varlılığının artırılması lazım olduğunu vurğulayıb.

O deyib: "Bizim mövqeyimiz çox açıq və konkretdir. NATO-nun varlığını Şimali və Cənubi Avropada gücləndirməsini istəyirik. Bununla belə, Avropa Rusiya ilə davamlı bir dialoq halında olmalıdır. Rusiyanın beynəlxalq arenadan təcrid edilməsini istəmirik”.

Sloveniya prezidenti Paxor da Dudanın fikirlərinə qatıldığını və NATO-nun genişlənmə siyasəti məsələsində onunla həmfikir olduğunu bildirib.