XƏBƏR LENTİ

24 Oktyabr 2020
23 Oktyabr 2020

Digər Xəbərlər

22 Aprel 2016 - 22:57

Açıq Hökumətin təşviqi ilə bağlı Milli Fəaliyyət PlanıPrezidentə təqdim olunub

nuriyev.jpg

Açıq Hökumətin təşviqi ilə bağlı hazırlanan Milli Fəaliyyət Planı ölkə rəhbərinə təqdim olunub. Həmin planda korrupsiyaya qarşı mübarizə və vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı təkliflər də öz əksini tapıb.

Bu barədə Fəaliyyət Planının hazırlanmasında yaxından iştirak edən QHT-lərə Dövlət Dəstəyi Şurasının üzvü Əliməmməd Nuriyev “Azadlıq radiosuna”  açıqlamasında bildirib.

Təkliflərin detallarını açıqlamasa da o,  QHT-lərlə bağlı qanunvericilikdə dəyişikliklər də nəzərdə tutulduğunu qeyd edib.

Əliməmməd Nuriyevin sözlərinə görə, xarici donor təşkilatlarının Azərbaycanda fəaliyyət göstərməsi, qrantların qeydiyyata alınması və bildirişlərin verilməsi kimi məsələlər də planda öz əksini tapıb.

O əlavə edib ki, özəl şirkətlərin də vətəndaş cəmiyyəti sektoruna donorluq etməsini stimullaşdırmaq məqsədilə müəyyən təkliflər verilib.

Ə. Nuriyev bidlirib ki, QHT-lərə Dövlət Dəstəyi Şurasında vətəndaş cəmiyyətinin inkişafı ilə bağlı ayrıca milli proqramın müzakirəsi gedir. Bundan başqa, QHT sektorunda son illərdə müşahidə olunan vəziyyətlə bağlı geniş hesabat hazırlanır.

O, artıq heç bir QHT-yə qarşı cinayət təqibi olmadığını, vergi yoxlamalarının dayandırıldığını, həbs edilənlər azadlığa buraxıldığnı da vurğulayıb.