XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 16:14

Obama Britaniyadadır- Baş nazir Kameronla görüşdü

1802317

ABŞ prezidenti Barak Obama Britaniyada səfərdədir.

Strateq.az xarici mətbuta istinadən xəbər verir ki, 3 gün davam edəcək səfərin ilk günü Obama xanımı Mişellə birlikdə II Elizabetlə nahara qatılıb. Daha sonra Britaniya baş naziri Devid Kameronla görüşüb.

Liderlər Ukraynadakı vəziyyəti müzakirə ediblər. Kameron görüş zamanı Rusiyanın Qərbin təhlükəsizliyinə təhdid yaratdığını bildirib: "Biz Ukraynadakı bu münaqişəni həll etməli və Rusiyanın aqressiyasından haqlı olaraq narahatlıq keçirən tərəfdaşlarımızı sakitləşdirməliyik".

Baş nazirin fikrincə NATO-ya sərmayəni davam etdirmək lazımdır.

Öz növbəsində Obama da alyansın bütün üzvlərini bu məsələdə səylərini gücləndirməyə çağırıb.