XƏBƏR LENTİ

28 Oktyabr 2020
27 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 17:36

TANAP-ın əhatə dairəsi genişlənə bilər:Şimali İraq və Türkmənistan qazı hesabına

TANAP'ın kapsamı genişletilebilir

Azərbaycan qazını Türkiyə üzərindən Avropaya daşıyacaq Trans Anadolu Təbii Qaz Boru Xətti Proyektinin (TANAP) əhatəsi genişlənir.

Strateq.az xəbər verir ki, 10 milyard dollarlıq layihəyə Şimali İraq və Türkmənistan qazının da qoşulacağı gündəmə gəlib.

Məlumatı TANAP-ın baş direktoru Saltuk Düzyol mətbuata açıqlamasında bildirib. O deyib: “Şimali İraq qazının da layihəyə qoşula biləcəyini düşünürəm. İraqın digər bölgələrində də qaz sahələrı var. Onların da TANAP-a birləşməsi mümkündür. İraqla bağlı hələ xeyli işimiz var. Türkmən qazı da başqa bir variant ola bilər. “Sərdar” adı verilən sahələr var. Oradan da bu xəttə qaz gələ bilər".

TANAP-la ilk qaz axışı 2018-ci ildə reallaşacaq. Başlanğıcda ildə 16 milyard kub metr olaraq planlanan nəql həcminin daha sonra 24 milyard, ardından isə 31 milyard kub metrə çıxarılması hədəflənir.

Avropanın qaz təminatı üçün nəzərdə tutulan kəmərin daha effektiv fəaliyyəti baxımından digər sahələrinin də kəmərə birləşdirilməsi TANAP-ın əhəmiyyətini artıran amil sayılır. Türkmənistan qazının bu kəmərə bağlanması üçün isə cəmi 300 km-lik əlavə kəmərə ehtiyac var. Xəzər dənizinin altından keçəcək bu xətti çəkmək isə o qədər də asan deyil. Məsələni qəlizləşdirən isə coğrafi relyeflə deyil, geosiyasi şəraitlə bağlıdır.  Türkmənistan TANAP-ın Rusiya qazına alternativ olaraq çəkildiyini nəzərə alıb “öz ağrımayan başına duz bağlamaq” istəmirdi. “Ən yaxşı, Uzaq Şərq ölkələrinə qaz satım” deyə, düşünürdü. Halbuki, Avropaya nəql olunan hazır kəmərə bağlanmaq Türkmənistan üçün də iqtisadi cəhətdən daha səmərəlidir.

TANAP-ın Baş direktorunun sözlərindən belə anlaşılır ki, artıq rəsmi Aşkabat uzun müddətdən bəri müzakirə olunan bu məsələyə öz razılığını verib.

Heydər

Strateq.az