XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

23 Aprel 2016 - 18:17

Gülənin Azərbaycan hökumətindəkidaha bir adamı neytrallaşdırıldı

138392_res_01

SOCAR Turkey Energy-nin icraçı direktorunun birinci müavini Samir Kərimli vəzifəsindən azad olunub. Qeyd edək ki, bu şirkət Azərbaycan Dövlət Neft Şirkətinin törəmə müəssisəsidir.

Məlumat virtualaz.org-un redaksiyasına hökumətdəki məlumatlı mənbələrdən daxil olub.

Nurçuluq təriqətinin mənəvi lideri Fətullat Gülənin silahdaşı hesab olunan Samir Kərimli həm də ləğv olunmuş MTN-in Hərbi Əks-kəşfiyyat İdarəsinin rəisi Nizami Şirinovun qohumudur.

Ötən il hökumətə yaxın “Sabah” qəzeti yazmışdı ki, Fətullah Gülən və tərəfdarları Türkiyənin enerji sahəsində öz mövqelərini möhkəmləndirmək üçün ölkə energetikasına milyardlarla dollar yatırım qoymağa hazırlaşan SOCAR-a  adamlarını yerləşdiriblər. Nəşr o vaxt həmin əsas adamlardan biri kimi məhz Samir Kərimlinin adını çəkmişdi.