XƏBƏR LENTİ

25 Yanvar 2021

Digər Xəbərlər

23 Aprel 2016 - 23:49

Azərbaycan İran vətəndaşları üçünviza rejimini sadələşdirə bilər

Mahmud-Vaizi

İranın rabitə və informasiya texnologiyaları naziri Azərbaycanın İran vətəndaşları üçün viza qaydalarını sadələşdirilə biləcəyini açıqlayıb. 

Mahmud Vaizi Azərbaycana olan 3 günlük səfərinin sonunda İRNA-ya verdiyi müsahibədə bildirib ki, Azərbaycan prezidenti İlham Əliyev İran vətəndaşları üçün vizanın ləğv edilməsi vəya sadələşdirilməsinə  razılılıq verib.

M.Vaizi əlavə edib ki, prezident  İlham Əliyev Azərbaycanın əlaqədar orqanlarına İran ilə aktiv əməkdaşlığın edilməsi və İran prezidentinin Bakıya planlaşdırılan  səfərinə kimi, iki ölkə arasındakı yeni əməkdaşlıq sahələri ilə bağlı işlərin yekunlaşdırılması barədə göstəriş verib.

M.Vaizi İran-Azərbaycan sərhədində dəmir yolu körpüsünün tikilməsi barədə danışıb və  deyib ki, bu layihənin icrasının sürətləndirilməsi üçün xüsusi bir komitənin yaradılması haqda razılıq əldə olundu.

İran-Azərbaycan Müştərək İqtisadiyyat Forumunun iranlı həmsədri bank, neft və qaz, elektrik enerjisi, səhiyyə və kənd təsərrüfatı üzrə əməkdaşlıqların genişləndirilməsi istiqamətində həyata keçirilən danışıqları da önəmli adlandırıb. 

İranın Rabitə və İnformasiya Texnologiyaları naziri çərşənbə günü Astara-Astara dəmir yolu körpüsünün təməlqoyma mərasimində iştirak etmək məqsədi ilə yüksək səviyyəli bir heyətlə  Azərbaycana səfər edib. Mahmud Vaizi bu səfər çərçivəsində Azərbaycan prezidenti İlham Əliyev ilə də görüşüb.

Səfər çərçivəsində İran və Azərbaycan arasında 4 əməkdaşlıq sənədi imzalanıb.

Strateq.az