XƏBƏR LENTİ

26 Noyabr 2020
25 Noyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 00:45

“Həmişəyaşıl” Hillari Klinton haqqındabilmədiyiniz 5 fakt

H-Klinton-1

Demokratlar Partiyasının ABŞ  prezidentliyinə əsas namizədi Hillari Klinton ötən həftə Nyu-Yorkda keçirilən ilkin seçkilərdə (praymeriz) uğur qazanaraq öz mövqeyini daha da möhkəmləndirdi. Amerika siyasəti xanım Klintonu senatorluqdan Dövlət Katibliyinədək ən müxtəlif rollarda görüb. Bununla belə, Hillari Klintonun zəngin karyerasında diqqətdən kənarda qalan çox maraqlı faktlar da var. BBC ABŞ-ın keçmiş Birinci xanımı, Dövlət katibi Hillari Klinton haqqında sizləri təccübləndirəcək 5 fakt  toplayıb.

 

Kod adı “Həmişəyaşıl” olub

 

Birinci xanım kimi Ağ Evdə yaşayanda məxfi xidmət orqanları ona ““Həmişəyaşıl”  ("Evergreen")  kod adı veriblər. Əri prezident Bill Klintonun kod adı isə “Qartal” olub.

 

Hilları Klinton “Qremmi” mükafatı alıb

 

Xanım Klinton “Qremmi”ni 1997-ci ildə “Ən yaxşı nitq, yaxud qeyri-musiqi albomu” nominasıyası üzrə alıb.  Bu mükafat ona uşaqların təbiyəsi və təhsilinə həsr olunmuş  “Bütöv kənd lazımdır”  kitabının audioversiyasına görə verilib.

H.Klinton “Mənim  həyat tarixçəm” adlı memuarlar da daxil olmaqla bir neçə kitabın müəllifidir.

 

Senator seçilən ilk Birinci xanım

 

2000-ci ildə Hilları Klinton  Nyu-York ştatından senator seçilməsi üçün mübarizə apardı və ABŞ tarixində seçkilərdə qalib gələn ilk keçmiş Birinci xanım oldu.

2006-cı ildə o, Nyu-York ştatından ikinci dəfə senator seçildi və öz rəqibinə çox böyük üstünlüklə qalib gəldi.

 

Rodem, Klinton, yoxsa Rodem Klinton?

 

H-Klinton-3

1975-ci ildə xanım Klinton ABŞ-ın gələcək prezidenti Bill Klintona ərə gedəndə onun familiyasını götürməyib. Amma Bill Klintonun prezident kimi andiçmə mərasiminə bir neçə həftə qalmış soyadını dəyişib və Klinton familyasını götürüb.

 

1996-cı ildən maşın sükanı arxasına əyləşməyib

 

H-Klinton-2

2014-cü ildə Yeni Orleanda Avtomobil Satıcıları Milli Assosasiyasının üzvləri qarşısında çıxışı zamanı xanım Klinton bildirib ki, 1996-cı ildən bəri sükan arxasında əyləşməyib. Onun sözlərinə görə, müstəqil şəkildə avtomobil idarə edə bilməməsi siyasətçi kimi ona problem yaradan məsələlərdəndir.  

Strateq.az