XƏBƏR LENTİ

01 Dekabr 2020
30 Noyabr 2020

Digər Xəbərlər

24 Aprel 2016 - 00:50

Davudoğluna sui-qəsd planlaşdıranİŞİD üzvləri həbs olundu

davutoglu_ahmet_271215

Türkiyədə baş nazir Əhməd Davudoğluna sui-qəsd planlaşdıran 6 İŞİD üzvü həbs olunub. 

Strateq.az xarici mətbuata istinadən xəbər verir ki, dəstə üzvləri Davudoğluna Konya səfəri zamanı hücum edəcəkmiş.

Onlar baş nazirin Konya səfərindən öncə həyata keçirilən təhlükəsizlik tədbirləri zamanı saxlanılıblar.

Polis həbsdən əvvəl üç ayrı ünvanda əməliyyat keçirib. Axtarış zamanı mənzillərdən İŞİD-ə aid sənədlər tapılıb. Dəstənin lideri suriyalıdır.