XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

24 April 2016 - 12:37

Barak Obama:“8 ildə ən böyük uğurum İranla nüvə sazişidir”

Obama: En büyük başarım İran

ABŞ prezidenti Barak Obama səlahiyyət müddəti ərzində son rəsmi səfərini İngiltərəyə edib.

Strateq.az xəbər verir ki, səfər zamanı Barak Obama gənclərlə də görüşüb.

Gənclər qarşısında çıxışı zamanı çox mühüm açıqlamalar verən ABŞ prezidenti 8 illik hakimiyyəti dövründə özünün ən böyük 2 uğurunun olduğunu deyib. Obamaya görə, bunlardan biri 2008-ci ildə yaşanan qlobal maliyyə böhranı zamanı atdığı addımlar, digəri isə İranla bağlanan nüvə sazişidir.

Prezident gənclərə nəsihət verməyi də unutmayıb: "Pessimizm və lağlağılıqdan qaçın. İrəliləmənin hər zaman mümkün olduğuna inanın. Unutmayın ki, problemlər həll edilə biləndir, amma irəliləyiş qaçınılmaz da deyil. Bunun üçün mübariz, stabillik və inanclı olmalısınız!"