XƏBƏR LENTİ

07 Avqust 2020
06 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 06:43

“İran TANAP-a qoşula bilər” – Nazir açıqladı

“Gələcəkdə İran Trans-Anadolu Təbii Qaz Boru Xətti Layihəsinə (TANAP) qoşula bilər”.

Bunu Azərbaycanın energetika naziri Natiq Əliyev bu gün Bakıda keçirilən “Caspian Oil and Gas 2015” konfransında bildirib.

Nazir İran TANAP-a qoşula biləcəyini və bu yolla öz qazını Avropaya çıxarmaq imkanı əldə biləcəyini istisna etməyib: “Böyük enerji resurslarına malik olan İraq da Avropanın enerji təhlükəsizliyinin artırılmasında böyük rol oynaya bilər. Bu ölkə də Azərbaycanla əməkdaşlıqda maraqlıdır. Biz İsrail və Kiprlə də danışıqlar aparmışıq. Onlar da gələcəkdə Azərbaycan infrastrukturundan istifadə etməklə öz qazlarını Avropaya çıxara biləcəklərini deyirlər”(ANS).