XƏBƏR LENTİ

10 Mart 2021

Digər Xəbərlər

25 Aprel 2016 - 11:25

İddia:Rza Zərrab başqa məhbuslarla dəyişdiriləcək

 

Deyəsən, iranlı işadamı Rza Zərrabın ABŞ-da həbs olunmasının əsl səbəbi məlum olur.

Türkiyənin “Hürriyyət” qəzetinin yazdığına görə, iş adamının İrandakı ABŞ-lı məhkumlara dəyişdirilə biləcəyi ehtimalı var:

“Zərrab məhkəmə hökmündən sonra İrana qarşı çox qiymətli bir mübadilə ünsürü olacaq. ABŞ başda 9 il əvvəl İranda itən və Mərkəzi Kəşfiyyat Təşkilatına işlədiyi irəli sürülən sabiq FBI agenti Robert Levinson olmaqla, çox sayda adamı İrandan almaq istəyir. Məlumata görə, Rza Zərrab onlarla dəyişdiriləcək.”

Xatırladaq ki, Türkiyədə yaşayan Cənubi Azərbaycan əslli iş adamı İrana qarşı tətbiq olunan sanksiyaları “dəlmək”də və “qara pulları yumaq”da ittiham olunaraq, bir ay öncə Miamidə həbs olunmuşdu.

Strateq.az