Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana işgüzar səfərə gəlib.
Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı və xanımı Əminə Ərdoğanı hava limanında Azərbaycanın Baş nazirinin müavini Əli Əhmədov və digər rəsmi şəxslər qarşılayıb.
Ərdoğan Bakıda keçiriləcək Sivilizasiyalararası Qlobal Forumda iştirak edəcək, ölkə prezidenti ilə təkbətək görüş keçirəcək.
Türkiyə liderini baş nazirin müavini, xarici işlər, iqtisadiyyat, energetika və mədəniyyət nazirləri müşayiət edir.