Prezident İlham Əliyev ölkəmizə işgüzar səfərə gələn türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla görüşüb.
Görüşdə ölkələrimiz arasında strateji tərəfdaşlığa əsaslanan dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurlu inkişafından məmnunluq ifadə edilib. Yüksək səviyyəli görüşlərin əməkdaşlığın inkişafı baxımından önəmi vurğulanıb.
Həmçinin əlaqələrimizin bundan sonra da inkişaf edəcəyinə əminlik bildirilib.
Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun əhəmiyyətinə toxunan liderlər bu tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini qeyd ediblər.
Söhbət zamanı ikitərəfli münasibətlər və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.