XƏBƏR LENTİ

11 Avqust 2020
10 Avqust 2020

Digər Xəbərlər

03 İyun 2015 - 09:35

Prezident ATƏT-in Bakıdakı əlaqələndiricisi Aleksis Şahtaxtinskini qəbul edib- FOTO

ilham aleks.jpg

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 3-də ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinskini diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib.

Dövlətimizin başçısı Aleksis Şahtaxtinskinin Azərbaycan-ATƏT əməkdaşlığının inkişafına verdiyi töhfəni yüksək qiymətləndirdi, ötən dövr ərzində həyata keçirilən layihələrin yaxşı nəticələr verdiyini vurğulayaraq ona gələcək fəaliyyətində uğurlar arzuladı.

ATƏT-in Bakıdakı layihə əlaqələndiricisi Aleksis Şahtaxtinski fəaliyyəti dövründə təmsil etdiyi qurum ilə Azərbaycan arasında əməkdaşlığın inkişafı və eləcə də ölkəmizin rifahı naminə səylərini əsirgəmədiyini vurğuladı.