XƏBƏR LENTİ

27 Oktyabr 2020
26 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 11:05

“Sərkisyan yüksəklikləri geri qaytarmaq haqqında düşünür…” –Cəbhədəki gərginliyin səbəbləri

elxan-sahinoglu-esas

"Cəbhə bölgəsində vəziyyətin yenidən gərginləşməsinin iki səbəbi var". 

Strateq.az xəbər verir ki, bunu siyasi məsələr üzrə ekspert Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, birinci səbəbi odur ki, 2-6 aprel döyüşlərindən sonra beynəlxalq aləm danışıqları intensivləşdirməyib, rusiyalı rəsmilər isə şablon ifadə və səfərlərdən uzağa getməyiblər:

"Belə olan halda kimcə cəbhə bölgəsində sakitlik gözləməsin. 

İkinci səbəb isə odur ki, Ermənistan prezidenti Serj Sərkisyan itirdiyi yüksəklikləri geri qaytarmaq haqqında düşünür, çünki o hələ cəmiyyətinə "Ermənistan həmin yüksəklikləri niyə itirdi” sualına cavab verməyib, ona görə də bu sual aktuallaşmamış nəsə cəbhədə uğur qazanmaq haqqında alışıb-yanır. Əslində hər iki səbəb bizim xeyrimizə işləyir. İşğalçının təxribatlarına yeni ərazilərin azad olunması ilə cavab vermək imkanı qazanırıq".

Strateq.az