XƏBƏR LENTİ

29 Noyabr 2020
28 Noyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 11:08

“20 yaşayış evinə ziyan dəyib, ölən və yaralananlar yoxdur” –Müdafiə Nazirliyi

mudafie-n-1

"Hazırda cəbhənin Tərtər istiqamətində vəziyyət stabildir və Azərbaycan silahlı bölmələri əməliyyat şəraitinə nəzarət edir”.

Strateq.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.

O qeyd edib ki, ermənilər ötən gecə Tərtər şəhərini minaatanlardan və iriçaplı silahlardan atəşə tutublar:

"Nəticədə rayon ərazisində 20 yaşayış evinə ziyan dəyib. Ölən və yaralananlar yoxdur. Azərbaycan silahlı bölmələri düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirib”.