XƏBƏR LENTİ

22 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 11:13

“Polis şöbəsinin binasına da zərər dəyib” –İcra başçısı gecə atışmasından danışdı

musteqom-terter-icra

Aprelin 25-i gecə saatlarından etibarən erməni silahlı birləşmələri Tərtər rayonu istiqamətində artilleriyadan atəş açıb.

Strateq.az Lent.az-a istinadən xəbər verir ki, bunu Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov deyib. O bildirib ki, hazırda rayonda vəziyyət stabildir və əhali gündəlik qayğıları ilə məşğuldur: "Rayonda əhval-ruhiyyə yaxşıdır. Hamı öz işi ilə məşğuldur, tikinti, abadlıq-quruculuq işlərimizə davam edirik".

İcra başçısı əlavə edib ki, Tərtərin minaatanlardan və iri çaplı silahlardan atəşə tutulması nəticəsində 20 evə ziyan dəyib: "Bu evlərdən biri tamamilə dağılıb. Ümumilikdə isə zərər dəyən tikililərdən 16-sı kəndələrdə, 4-ü isə rayon mərkəzindədir. Rayon Mərkəzindəki Şuşa Rayon Polis Şöbəsinin binasına da zərər dəyib".

Qeyd edək ki, Müdafiə Nazirliyi cəbhədəki son vəziyyətlə bağlı açıqlamasında Azərbaycan silahlı bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə və hərbi obyektlərinə cavab zərbələri endirildiyi bildirilib.