XƏBƏR LENTİ

10 March 2021

Digər Xəbərlər

26 April 2016 - 11:19

Cəbhədə ATV-nin operatoru vuruldu –VİDEO, FOTOLAR

operator-yarali-atv

Ötən gecə erməni hərbi birləşmələri cəbhə xəttindənövbəti dəfətəxribatlar yaradaraq atəşkəs rejimini pozub.

Strateq.az "Report"a istinadən xəbər verir ki, atışma zamanı ərazidə reportaj hazırlayan Azad Azərbaycan Televiziyasının (ATV) Qarabağ bürosunun operatoru Vicay Vəliyev qəlpə yarası alıb.

Belə ki, cəbhənin Tərtər rayonu Qarağacı kəndi istiqamətində erməni hərbi birləşmələrinin atdığı mərmi partlayıb və qəlpələrdən biri onun ayağına dəyib.

Yaralı dərhal Bərdə Rayon Mərkəzi Xəstəxanasına (RMX) yerləşdirilib. Xəstəxanadan "Report"a bildirilib ki, yaralıya ilkin tibbi yardım göstərilib, vəziyyəti qənaətbəxş olduğu üçün ambulator müalicəyə göndərilib.

Videonu buradan izləyin: http://daytube.az/az/videos/25484/