XƏBƏR LENTİ

23 Yanvar 2021
22 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 11:26

“Hazırda Azərbaycanda din, mətbuat, ifadə azadlığı var” –Prezident

Ilham-Eliyev-34

"Birləşmiş Millətlər Təşkilatının Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun Azərbaycanda keçirilməsi bizim üçün böyük şərəfdir”.

Bunu Azərbaycan Prezidenti İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumunun rəsmi açılış mərasimində deyib.

Dövlət başçısı bildirib ki, Alyansın yaradılması mühüm bir addım idi: "Ölkəmiz, nəinki Şərqlə Qərb arasında körpüdür, burada hər zaman multikulturalizm olub. Azərbaycan çoxkonfessiyalı ölkədir. Biz öz tarixi abidələrimizlə fəxr edirik. Bu ölkədə müxtəlif xalqlar yaşayıb-yaradıblar. Ən qədim kilsələrdən biri olan Alban kilsəsi Azərbaycanda yerləşir”.

Prezidentin sözlərinə görə, Azərbaycan müstəqillik baxımından gənc dövlətdir: "Multikulturalizm bizim üçün dövlət siyasətidir. Bu istiqamətdə xeyli tədbirlər keçirmişik. Biz çalışırıq ki, sivilizasiyalararası, mədəniyyətlərarası proseslərə daha çox töhfə verək. İnsanları bir-birlərindən ayrımaq lazım deyil. Bütün bunlar da sülhə dayanır. Beynəlxalq ictimaiyyət multikulturalizmə dəstək verir”. 

Prezident qeyd edib ki, Azərbaycan qarşısına qoyduğu məqsədlərə nail olub: "Azərbaycan bir çox beynəlxalq təşkilatların üzvüdür. Bu illər ərzində özümüzü tərəfdaş təqdim edə bildik. Müstəqillik illəri dəyişiklik illəri idi. Hazırda Azərbaycanda din, mətbuat, ifadə azadlığı var”.