XƏBƏR LENTİ

25 Oktyabr 2020
24 Oktyabr 2020

Digər Xəbərlər

26 Aprel 2016 - 12:10

“İki gün ərzində veriləcək mesaj çox önəmlidir” –Ərdoğan

erdogan-baki

“Yeni nəsillərə daha gözəl gələcək qoymaq üçün səsimizi indidən yüksəltməliyik. Bu Forumda iki gün ərzində veriləcək mesaj çox önəmlidir. Bu gün məsumların gözü Bakıdadır, burada qəbul ediləcək Bəyannaməni gözləyirlər”.

Bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun rəsmi açılış mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan söyləyib. 

Türkiyə prezidenti deyib ki, Foruma qatılan dini və siyasi liderlərin üzərinə düşən vəzifələr var: “Sivilizasiyalar Alyansının birgə yaşayış hədəflərinə nail olacağını həm məsumlara, həm də zalımlara gur səslə çatdırmalıyıq. Mədəniyyətlər İttifaqı ilə bağlı maddi və siyasi dəstəyimizin davam edəcəyini bəyan etməliyik. Mən bu istiqamətdə Foruma uğurlar arzulayıram”.

APA