XƏBƏR LENTİ

20 Yanvar 2021
19 Yanvar 2021

Digər Xəbərlər

26 Aprel 2016 - 15:58

Prezident Adminstrasiyasının qarşısında deputata qarşı aksiya –FOTOLAR

aksiya-rufet

Bu gün “European Tobacco Baku”nun bir qrup səhmdarı Prezident Administrasiyasının (PA) qarşısında aksiya keçiriblər.

Azərbaycan bayrağı və eks-prezident Heydər Əliyevin şəkilləriylə Prezident Administrasiyasının önünə toplaşan şikayətçilər şirkətin direktoru, deputat Rüfət Quliyevdən narazıdırlar. Onların sözlərinə görə, 110 səhmdar işdən çıxarılıb.

“1999-cu ildən səhmdarıq. Rüfət Quliyevi biz direktor seçmişik. Hər il səhmdarların bir qismi işdən uzaqlaşdırılıb. Biz o şirkətdə canımızı qoymuşuq, ancaq iş vermirlər”.

Bu sözləri səhmdarlardan Gülarə Cəlilova açıqlamasında deyib.

Şikayətçilər bildirir ki, illərdi dövlət idarələrinə etdikləri müraciətlərinə heç bir cavab verilmir(Korrespondent.az).